17 avqust 2016 16:00
Millimiz Belarusla heç-heçə edib
Belarusun Orşa şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, belaruslu həmyaşıdları ilə qarşılaşan futbolçularımız heç-heçə edib - 2:2.
Yığmamızın qollarını Merve Özdemir və Çağla Miray vurub.
Xatırladaq ki, komandamız ilk oyunda bu rəqibinə 0:1 hesabıyla uduzmuşdu.
