17 avqust 2016 15:30
Prosineçki Qəbələ - Maribor matçını izləyəcək
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Bakıya gəlib. Azerisport.az xəbər verir ki, istirahətini başa vuran xorvatiyalı mütəxəssis avqustun 14-dən Azərbaycandadır.
O, sabah "Qəbələ" ilə Sloveniya "Maribor"u arasında Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda baş tutacaq ilk oyunu canlı izləyəcək.
Millimizin çalışdırıcısı Premyer Liqanın 3-cü turunun oyunlarına da baxmağı planlaşdırır. Məhz bundan sonra Prosineçi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək San Marino ilə oyun üçün heyəti açıqlamalıdır.
