17 avqust 2016 15:15

Prosineçki: Eminlə Ramilin milliyə fayda verəcəyini düşünürəm

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Ramil Şeydayevlə Emin Mahmudovun yığmamızda çıxış etmək perspektivi barədə fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Həm Ramil Şeydayevin, həm də Emin Mahmudovun oyunlarını izləmişəm. Hər iki futbolçunun milli komandaya fayda verəcəyini düşünürəm. Onların gələcək karyeraları özlərindən asılıdır. Ümidvaram ki, ikisi də yeni komandalarında əsas heyətdə oynayaraq yaxşı nəticələr əldə edəcəklər. Onları diqqət mərkəzində saxlayacağıq, ehtiyac yaranarsa, köməkçilərim oyunlarını canlı izləyəcək. Milli komandanın avqustun 24-də başlayacaq təlim-məşq toplanışına hər iki futbolçunu dəvət edib məşq prosesini canlı olaraq izləyəcəyəm. Bu futbolçuların milli komandada çıxış etməsi bizim Avro-2020 ilə bağlı planlarımıza müsbət təsir göstərə bilər. İkisi də gəncdir və uzun illər milli komandada çıxış etmələri mümkündür. Hərçənd işimiz bununla kifayətlənməyəcək, gənc oyunçuların axtarışını davam etdirəcəyik. Unutmayaq ki, bizi 2020-ci ildən əvvəl DÇ-2018-in seçmə mərhələsinin oyunları gözləyir. Hələ ki bütün diqqətimizi bu seçmə mərhələyə yönəltməliyik. İlk oyunumuzu səfərdə San Marino yığmasına qarşı keçirəcəyik. Qrup mərhələsinə uğurlu start vermək üçün bu oyunda mütləq qələbə qazanmalıyıq. Daha sonra evdə Norveç yığmasını qəbul edəcəyik. Ümid edirəm ki, futbolçularımızdan heç biri zədəli olmayacaq.

Fürsətdən istifadə edib avrokuboklarda çıxış edən “Qarabağ” və “Qəbələ” klublarına play-off mərhələsində keçirəcəkləri oyunlarda uğurlar arzulayıram. İnanıram ki, hər iki komanda uğurlu çıxış edərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq, azarkeşlərini sevindirəcək. Bu, Azərbaycan futbolu üçün çox vacibdir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.