17 avqust 2016 14:30
Prosineçki: Qəbələyə qol vurmaq çətindir
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Avropa Liqasının pley-off mərhələsində Sloveniya "Maribor"u ilə qarşılaşacaq "Qəbələ"dən danışıb. Azerisport.az xəbər verir ki, Sloveniya mətbuatına açıqlamasında xorvatiyalı mütəxəssis bunları söyləyib:
"Qəbələ"nin necə yaxşı komanda olmasına ən kiçik şübhəniz belə olmasın. Ciddi komandadır. Eyni sözləri komandanın baş məşqçisi, ukraynalı mütəxəssis Roman Qriqorçuk barədə də demək olar. Onun rəhbərliyi altında intizamlı, təşkilatlanmış oyun sərgiləyən komanda var. Komanda daha çox müdafiəyə diqqət ayırır. Bu üzdən də "Qəbələ"yə qol vurmaq çətindir. Komanda elə də çox risk etmədiyindən rəqibə də çox qol imkanı vermir".
