17 avqust 2016 13:30
Xose Mendes: Azərbaycan yığmasına bir neçə qol hədiyyəsi etdik
Futzal üzrə Özbəkistan yığmasının baş məşqçisi Xose Mendes Azərbaycan millisinə qarşı keçirdikləri yoxlama oyununu (3:3) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Düzgün oyun keçirdik. Matça doğru taktika ilə çıxmışdıq. İlk hissədə çox yaxşı oynadıq. Amma ikinci yarıda bir az zəif təsir bağışladıq. Rəqibə bir neçə "hədiyyə" etdik və onlar da müdafiədəki səhvlərimizdən yararlandılar. Belə uşaq səhvlərinə yol vermək olmaz".
