17 avqust 2016 13:00
Vüqar Nadirov: Meydanda sonadək mübarizə aparıb, yaxşı nəticə qazanmalıyıq
"Qarabağ"ın hücumçusu Vüqar Nadirov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveç "Qöteborq"una qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qöteborq"la oyuna ciddi hazırlaşırıq. Bizi ciddi sınaq gözlədiyini bilirik. Rəqibimiz güclü komandadır. Bizi hansı hesab qane edəcək? Fikrimcə, əsas olan meydanda sonadək mübarizə aparmaqdır. Belə olan halda yaxşı nəticə qazana bilərik".
Nadirov komandaya yeni transfer olunan hücumçu Dino Ndlovudan da söz açıb: "Yaxşı hücumçudur. Səhv etmirəmsə, əvvəlki klubunda 26 oyuna 18 qol vurub. Bu, onun yaxşı qol duyumunun olmasından xəbər verir. "Qarabağ"a tez uyğunlaşdı".
