17 avqust 2016 12:30
Maribor Qəbələ ilə matça ultrasını gətirir
Sloveniyanın "Maribor" klubu bu gün Bakıya yola düşür. Azerisport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində "Qəbələ"nin rəqibi olan bu komanda Azərbaycana çarter reysi ilə gəlir.
Rəqib komanda saat 16:00-da paytaxtımıza çatacaq. Komandanın məşqçi və futbolçu heyəti ilə yanaşı, Sloveniyadan bir neçə jurnalist və "Maribor"un ultrasının 15 üzvü də Azərbaycana gələcək.
