17 avqust 2016 11:30

Katalin Tira: Zirə ilə oyunda problem Denilsonda yox, hamımızda idi

"Neftçi"nin rumıniyalı hücumçusu Katalin Tiranın azerisport.az saytına müsahibəsi

- Premyer Liqanın 2-ci turunda "Zirə"yə uduzmağınıza nə səbəb oldu?
- Təəssüf ki, oyun bizim üçün o qədər də uğurlu alınmadı. Birinci hissə üstünlüyümüz şəraitində keçdi. Qol vəziyyətlərimiz də var idi. Düşünürdüm ki, ikinci yarıda da belə oynayıb, qol vuracağıq. Amma təəssüf ki, alınmadı. Artıq bu oyunu unudub, növbəti görüşləri düşünməliyik. Nəticə qazanmaq üçün daha yaxşı hazırlaşmalıyıq.

- Sizin start heyətdə meydana çıxacağınız gözlənilirdi. 90 dəqiqə oynamağa hazır deyilsiz?
- Fikrimcə, növbəti oyuna tam hazır olacağam. İnanıram ki, baş məşqçi mənə ilk dəqiqələrdən şans verəcək.

- "Neftçi"nin ikinci hissədə hücum xəttinin zəif çıxış etməsi rəqibin müdafiəçilərinin yaxşı oynamasından irəli gəlir, ya başqa səbəb var?
- Hücumçularımızın hamısı qol vurmaq üçün əlindən gələni etdi. Təəssüf ki, biz rəqib qapısına yol axtardığımız məqamda "Zirə" hesabı açdı. Ondan sonra bizim üçün hər şey daha da çətinləşdi.

- Matçın sonunda siz komandanın digər yeni transferi Denilson Pereyraya səsinizi ucaltdınız. Nə problem var idi?
- Problem Denilsonda deyildi. Ona görə əsəbləşmişdim ki, komandamız daha yaxşı oyun sərgiləyə bilərdi. Ən çox da özümə hirslənmişdim.

- Qarşıda sizi "Qarabağ"la oyun gözləyir. Son çempiona qalib gələ biləcəksiniz?
- "Real"a qarşı oynamayacağıq ki, rəqibdən ehtiyatlanaq. "Qarabağ"a niyə də qalib gəlməyək? Biz də onlar kimi futbol oynamağı bacarırıq. Yaxşı nəticə qazanmağa çalışacağıq.

- Artıq Premyer Liqamızda iki oyun keçirmisiniz. Nə düşünürsünüz?
- Əlbəttə, Azərbaycan Premyer Liqasını İtaliya, İspaniya çempionatları ilə müqayisə etmək olmaz. Mən Azərbaycan birinciliyini daha çox Rumıniya çempionatına bənzədirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.