17 avqust 2016 02:00
Millimiz Özbəkistanla heç-heçə edib
Dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə futzal üzrə Azərbaycan milli komandası Daşkənd şəhərində Özbəkistan yığması ilə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
Millimizin qollarını Fineo de Araujo, Rizvan Fərzəliyev və Fabio Poletto vurub.
