16 avqust 2016 18:20
Qarabağ - Neftçi matçının başlama saatı bilindi
Azərbaycan Premyer Liqasının 3-cü turunda “Qarabağ” və “Neftçi” arasında baş tutacaq matçın başlama saatı məlum olub. Azerisport.az xəbər verir ki, Masazır qəsəbəsində yerləşən “Əlincə Arena”da keçiriləcək qarşılaşma 21 avqust, saat 20:45-də start götürəcək.
Qeyd edək ki, “Azərsun Arena”nın ot örtüyündə yeniləmə işləri aparıldığına görə, qarşılaşma “Əlincə Arena”da baş tutacaq.
