16 avqust 2016 17:40
Öncə Darko Milaniç, sonra Roman Qriqorçuk
Avqustun 18-də UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Qəbələ” Sloveniyanın “Maribor” komandasını qəbul edəcək. Azerisport.az xəbər verir ki, “Dalğa Arena”da baş tutacaq “Qəbələ” – “Maribor” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - avqustun 17-də saat 19:30-da arenanın media zalında start götürəcək.
İlk olaraq jurnalistlərin önünə “Maribor”un baş məşqçisi Darko Milaniç çıxacaq. 20:30-da isə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq.
Komandaların oyunöncəsi son məşqi isə fərqli məkanlarda baş tutacaq. “Maribor” saat 20:00-da "Dalğa Arena"da, “Qəbələ” isə 18:30-da Olimpiya stadionunun məşq meydançasında hazırlıqlarını tamamlayacaq.
