16 avqust 2016 16:30

Musa Qurbanov: Tibbi ekspertiza futbolçunun ürək tutmasından vəfat etdiyini üzə çıxardı

Birinci divizionda çıxış edən "Zaqatala" klubunun prezidenti Musa Qurbanov ötən gün komandanın düşərgəsində baxışda olan nigeriyalı futbolçunun qəfildən dünyasını dəyişməsi ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Məlum olduğu kimi, dünən komandamızın düşərgəsində böyük faciə baş verib. Ötən mövsüm komandamızın formasını geyinən və cari mövsüm üçün yeni muqavilə imzalamaq niyyəti ilə düşərgəmizə gələn nigeriyalı futbolçu Maykl Nnamdi Umeanyika məşq zamanı qəflətən huşunu itirib, bütün çabalara baxmayaraq özünə gəlməyib, hadisə yerinə gəlmiş təcili yardım Mayklın keçindiyini bildirib. İlkin tibbi ekspertiza futbolçunun ürək tutmasından vəfat etdiyini üzə çıxarıb.

Hadisədən sonra media orqanlarının daha çox ehtimallara əsaslanan və müəyyən mənada həqiqəti olduğu kimi əks etdirməyən xəbərlərin qarşısını almaq məqsədi ilə bildirmək istəyirik ki, Maykl Umeanyika ötən mövsüm komandamızın heyətində çıxış edərkən tam tibbi muayinədən keçirilmiş və həkimlərin rəyinə əsasən onun sağlamlığında heç bir narahatlıq doğuracaq fakt aşkarlanmamışdı. Məhz bu üzdən onun yeni mövsum yenidən "Zaqatala"nın formasını geyinmək istəyi nəzərə alindı və onu düşərgəmizə qəbul etdik.

Maykl Zaqatalaya avqustun 13-də axşam saatlarında gəlmişdi və hadisə baş verən gun ilk məşqinə çıxmışdı.

"Zaqatala" PFK Maykl Umeanyikanın vaxtsız vəfati ilə əlaqədar böyük üzüntü içərisində olduğunu bildirir və mərhuma Allahdan rəhmət diləyir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.