16 avqust 2016 16:15
Millimizin sabiq futbolçusu 6 aylıq sıradan çıxdı
Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Uğur Pamuk 6 aylıq sıradan çıxıb. Azerisport.az xəbər verir ki, hazırda Türkiyənin "Manisaspor" klubunda çıxış edən futbolçu ötən həftə zədələnmişdi.
Ətraflı həkim müayinəsindən sonra onun zədəsinin çox ciddi olduğu üzə çıxıb. "Sumqayıt" və "Xəzər Lənkəran"ın sabiq oyunçusu ən azı 6 ay yaşıl meydanlardan kənarda qalmalı olacaq.
