16 avqust 2016 16:00

Migel Lorenso: Bu, Budaq Nəsirovla Emin Mahmudov üçün əla imkandır

"Zirə"nin portuqaliyalı müdafiəçisi Migel Lorenso Premyer Liqanın 2-ci turu çərçivəsində "Neftçi"yə qarşı oyundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matç barədə nə deyərdiniz?
- Bizə qələbə lazım idi, ona da nail olduq. Oyuna daha yaxşı köklənmişdik. Xoş qələbə oldu.

- Ölkənin ən iddialı klublarından biri olan "Neftçi"dən belə oyun gözləyirdiniz?
- Azərbaycana gələnə qədər komandalarınız barədə heç bir məlumatım yox idi. Amma bura gələndən bəri klublarınız haqqında informasiya toplamağa çalışıram. Matçdan öncə də yaxşı komandaya qarşı oynayacağımızı bilirdim. Amma "Zirə" də pis komanda deyil. Biz qalib gələcək gücdə olduğumuzu isbatladıq.

- İlk turda uduzmuşdunuz. Bu, komandanızın qeyri-sabit çıxışından xəbər vermirmi?
- "Sumqayıt"a məğlubiyyət bizə əls dərs oldu. Buna görə də "Neftçi" ilə görüşdə yalnız qələbə barədə düşünürdük.

- Portuqaliyada süni örtüklü qazonlar çox azdır. Amma "Zirə"nin arenası süni örtüklüdür. Bu, sizə problem yaratmır?
- Bəli, Portuqaliyada süni örtüklü qazonlar azdır. Uşaqlıqdan həm süni, həm də təbii örtüklü qazonlarda oynamışam. Ümid edirəm ki, burada da heç bir problemim olmaz. Azərbaycana uyğunlaşmağım üçün zamana ehtiyacım var.

- Sizcə, azərbaycanlı futbolçular - Budaq Nəsirovla Emin Mahmudovun Portuqaliyada özlərini göstərmək şansı var?
- Budaqla Emini o qədər də yaxşı tanımıram. Amma düşünmürəm ki, Portuqaliya klubları zəif futbolçular alsın. Deməli, Nəsirovla Mahmudov bacarıqlı futbolçudur ki, onları heyətə cəlb ediblər. Onlara uğurlar arzulayıram. Portuqaliya çempionatı dünyanın ən yaxşılarından hesab olunur. Hər ik futbolçu özünü yaxşı tərəfdən göstərə bilər. Bu, onlar üçün əla imkandır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.