16 avqust 2016 13:00
Qəbələ və İnteri futbolçuları ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 2-ci turunun bir oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qəbələ” – “İnter” matçında hər iki tərəfin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub.
