16 avqust 2016 10:30
Zaqatalada nigeriyalı futbolçu öldü
Ötən gün Zaqatalada futbolçu ölümü qeydə alınıb.
Azerisport.az xəbər verir ki, birinci divizionda çıxış edən "Zaqatala" futbol klubunun nigeriyalı legioneri Maykl Umanyika məşq zamanı qəfildən dünyasını dəyişib.
Artıq AFFA da bununla bağlı başsağlığı verib. Başsağlığında deyilir:
"Azərbaycan Futbol Federasiyaları Assosoiasiyasının rəhbərliyi ölkə futbol ictimaiyyəti adından “Zaqatala” PFK-ya komandanın futbolçusu Maykl Umanyikanın vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir, mərhumun yaxınlarına səbr diləyir".
