16 avqust 2016 00:30
Katalin Tira: Qarabağ Real deyil ki, qalib gələ bilməyək
"Neftçi"nin yeni transferi Katalin Tira Premyer Liqanın 2-ci turunda "Zirə"yə uduzduqları oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Təəssüf ki, matç bizim üçün uğursuz alındı. Birinci hissədə oyunumuz pis getmədi. Artıq qol vuracağımızı gözləyirdim. Amma bacarmadıq. Artıq diqqətimizi qarşıdakı "Qarabağ"la oyuna yönəltmişik. Qələbə qazanacağımıza ümid edirəm. Niyə də olmasın? "Real"a qarşı oynamayacağıq ki... Həmin oyunda start heyətdə meydana çıxmağı planlaşdırıram. Çempionatınız mənə Rumıniya birinciliyini xatırladır".
