16 avqust 2016 00:00
Ramaldanovun komandasına 5 cavabsız qol vurdular
Gürcüstan çempionatında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanovun bu yay transfer olduğu "Kolxeti" klubu da növbəti matçına çıxıb.
Poti təmsilçisi doğma meydanda Batumi "Dinamo"su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:5.
Rasim qarşılaşmaya start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Kolxeti" 2 turdan sonra 3 xalla yer aldığı "altılıq"da 4-cü pillədə qərarlaşıb.
