15 avqust 2016 21:20
Millimiz Belarusa məğlub oldu
Avqustun 14-dən etibarən Belarusun Orşa şəhərində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, millimiz Belarusu müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb.
Oyun millimizin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Komandamız avqustun 17-də bu rəqiblə daha bir görüş keçirəcək.
