15 avqust 2016 19:15
Neftçinin futbolçusu Makedoniya millisində
"Neftçi”nin futbolçusu Vançe Şıkov Makedoniya milli komandasına dəvət olunub. Azerisport.az xəbər verir ki, təcrübəli müdafiəçi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də keçiriləcək Albaniya – Makedoniya oyununa çağırılıb.
Qeyd edək ki, Vançe Şıkov 2007-ci ildən formasını geyindiyi Makedoniya milli komandasının heyətində 49 oyunda 4 qola imza atıb.
