15 avqust 2016 17:45
Qreqor Bayde: Qəbələ ilə oyunumuzun çətin keçəcəyini gözəl başa düşürük
Sloveniyanın "Maribor" klubunun hücumçusu Qreqor Bayde Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Rəqib barədə kifayət qədər məlumatımız var. Klubumuz onlar haqda lazım olan məlumatları toplayıb, nümayəndəmiz çempionat oyununu canlı izləyir. "Qəbələ"yə qarşı oyunumuzun çətin olacağını gözəl başa düşürük. Bütün bunlarla yanaşı, Bakıdakı isti hava da əlavə çətinlik yaradır. Amma hədəfimiz mərhələ adlamaq və Avroliqada ən azı dekabra qədər mübarizə aparmaqdır".
