15 avqust 2016 17:20
Zirə uğursuz seriyaya son qoydu
“Zirə”nin Azərbaycan Premyer Liqasındakı qələbəsiz oyunlar seriyası qırılıb. Azerisport.az xəbər verir ki, 2-ci turun “Neftçi” ilə səfər oyununda 1:0 hesabı ilə qalib gələn Adil Şükürovun yetirmələri son 7 qarşılaşmada qələbə qazana bilməmişdi.
Sonuncu dəfə ötən mövsüm, aprelin 17-də qalib gələn zirəlilər 119 gündən sonra meydanı 3 xalla tərk edib. Həmin vaxt bakılılar “Xəzər Lənkəran”ı məğlub etmişdi – 1:0.
Ötən mövsümün son 6 görüşü və cari çempionatın startındakı qarşılaşmada 3 heç-heçə edən “Zirə” 4 dəfə məğlub olmuşdu.
