15 avqust 2016 17:00
Qarabağ Ndlovunu sifariş etdi
"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı İsveç "Qöteborq"u ilə oyunlar öncəsi daha bir futbolçu sifariş edib. Azerisport.az xəbər verir ki, söhbət Cənubi Afrika Respublikasından olan Dino Ndlovudan gedir.
Artıq 26 yaşlı futbolçunun adı UEFA-ya təqdim olunan iştirak ərizəsinə əlavə olunub.
Qeyd edək ki, "Qarabağ"la "Qöteborq"un ilk oyunu avqustun 18-də "Qamla Ullevi" stadionunda keçiriləcək.
