15 avqust 2016 15:10
Qəbələ - Maribor matçında belaruslu hakimlər
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ" ilə Sloveniya "Maribor"u arasında keçiriləcək ilk oyunun hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, UEFA bu görüşü belaruslu ədalət təmsilçilərinə həvalə edib.
Qarşılaşmanın baş hakimi Aleksey Kulbakov olacaq. Ona yan xətt hakimləri Vitali Malyutin və Oleq Maslyanko kömək edəcək. Dördüncü hakim funksiyasını isə Denis Şerbakov yerinə yetirəcək.
Qeyd edək ki, "Qəbələ" ilə "Maribor" arasındakı ilk oyun avqustun 18-də Bakıda, "Dalğa Arena"da keçiriləcək.
