15 avqust 2016 14:30
Qöteborq - Qarabağ matçı polşalı hakimlərə həvalə edildi
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la İsveç "Qöteborq"u arasında keçiriləcək ilk oyunun hakimləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı polşalı hakimlərə həvalə edib.
Baş hakim Pavel Raçkovski olacaq. Ona yan xətt hakimləri Radoslav Sneyka ilə Mixal Obukoviç kömək edəcək. Dördüncü hakim isə Tomaş Kvyakovskidir.
Qeyd edək ki, "Qöteborq" - "Qarabağ" matçı avqustun 18-də "Qamla Ullevi" arenasında keçiriləcək və saat 21:00-da start götürəcək.
