15 avqust 2016 13:20
Qarabağ sabah İsveçə yola düşür
Avropa Liqasının pley-off mərhələsində İsveçin "Qöteborq" klubu ilə qarşılaşmalı olan "Qarabağ" səfərə sabah yollanacaq. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun komandası saat 18:00-da çarter reysi ilə sözügedən ölkəyə üz tutacaq.
Qeyd edək ki, "Qöteborq" - "Qarabağ" matçı avqustun 18-də keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
