15 avqust 2016 12:35
Nəsirov Sportinqdə niyə debüt edə bilmir?
Azərbaycanlı futbolçu Budaq Nəsirovun Portuqaliyanın "Sportinq" klubunun B komandasında niyə oynamadığı bəlli olub. Azerisport.az saytına açıqlamasında yarımmüdafiəçi özü bəyan edib ki, ilk iki turu sənədlə bağlı problemlə üzləşdiyinə görə buraxmalı olub.
Hazırda o, problemin həlli ilə məşğuldur. Futbolçumuzun "Sportinq"in ikinci komandası ilə nə vaxt rəsmi matça çıxacağı hələ dəqiq bilinmir.
