15 avqust 2016 11:20

Araz Abdullayev: Neftçini bu vəziyyətdə qoyub xaricə getmək istəmirəm

"Neftçi"nin kapitanı Araz Abdullayev Premyer Liqanın 2-ci turunda "Zirə"yə qarşı oyundan sonra azerisport.az saytının da suallarını cavablandırıb:

- Oyuna mərkəz hücumçusu kimi başladınız, amma matçın bəzi hissələrini cinahda keçirdiniz. Alışmadığınız mövqedə oynamaq rahat deyildi?
- Bu, taktiki gediş idi. İkinci hissədə Katalin Tira meydana çıxandan sonra mən alışdığım mövqeyə keçdim. Mənim üçün bunun fərqi yoxdur. İstənilən mövqedən qol vurmaq istəyirəm.

- Hücumda özünüzü neə hiss edirdiniz?
- Əsas faydalı olmaqdır. Hansı mövqedə oynamaq fərq etmir. Biz bu oyunda "Zirə"ni əksər göstəricilərdə üstələsək də, qol vura bilmədik.

- Əvəzlənməyiniz nə ilə bağlıdır?
- Bu barədə düşünmürəm. Baş məşqçi belə qərar verdi. Dəyişiblərsə, deməli, belə lazım idi.

- İkinci hissədə meydana çıxan yeni transferlər komandanı demək olar ki, gücləndirmədi...
- Onlar düşərgəyə yeni qoşulublar. Denilson ümumiyyətlə bir-iki məşqə çıxmışdı. Fikrimcə, onlar zamanla daha faydalı olacaqlar.

- "Neftçi"nin tam hazır olması üçün nə qədər vaxt lazıımdır ki?
- Mümkün qədər tez forma yığmağımız üçün daha çox çalışmağımız lazımdır. Biz bunun üçün əlimizdən gələni edirik. Taktiki cəhətdən də çox işləməliyik.

- Azarkeşlərin boykot qərarına münasibətiniz necədir?
- Bu, bizi məyus edir. Bir kapitan kimi tribunalarda daha çox azarkeşimizin olmasını istərdim.

- Ötən mövsüm komanda yeni idi, gənclər çox idi, uğursuzluq bununla izah olunurd. Bu mövsüm necə olacaq?
- Bu mövsüm daha yaxşı çıxış etməliyik. Mümkün qədər çox xal yığıb, üst pillələrdə qərarlaşmalıyıq, altıncı yerdə yox.

- Bir müddət öncə sizin Türkiyənin "Antalyaspor" klubuna keçəcəyinizə dair xəbərlər yayılmışdı...
- Belə xəbərləri şərh edə bilmərəm. Çünki "Neftçi"yə mənim üçün rəsmi müraciət edən olmayıb. Çox adam deyir ki, Araz xaricdə oynamalıdır. Amma mən "Neftçi"ni belə vəziyyətdə atıb getmək istəmirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.