15 avqust 2016 10:30
Azərbaycanlı FİFA referisi UEFA Kubokuna təyinat aldı
Futzal üzrə FIFA refersisi Yusif Nurullayev beynəlxalq turnirə təyinat alıb. Azerisport.az xəbər verir ki, o, futzal üzrə UEFA kubokunun ilkin təsnifat mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Almaniyanın “Hamburg Panthers”, Uelsin “Cardiff University”, Norveçin “Sandefjord Fotball” və Moldovanın “Classic Chisinau” komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 18-dən 21-dək Moldovada təşkil olunacaq.
