15 avqust 2016 00:15
Emin Mahmudovun komandası qələbə ilə başladı
Futbol üzrə Portuqaliya Premyer Liqasında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Mahmudovun komandası - "Boavişta" da ilk matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Aroka" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0. Eminin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
