15 avqust 2016 00:05
Paşayev Kiyev Dinamosuna qarşı oynamadı
Futbol üzrə Ukrayna çempionatında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Stal" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda Kiyev "Dinamo"su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:2. Paşayevun adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Stal" 4 turdan sonra 4 xalla 12 klub arasında 6-cı pillədə qərarlaşıb.
