Vəli Qasımov: Oyuna nəzarət bizdə olsa da, top rəqib qapısına getmək istəmədi
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Zirə" ötən mövsümdən bizim üçün narahat rəqibdir. Onlara heç cür qalib gələ bilmirik. Bu gün yaxşı oynadıq, sadəcə, qol vura bilmədik. Oyuna nəzarət edirdik, amma top rəqib qapısına getmək istəmirdi. Araz Abdullayev bu oyuna zədəli çıxmışdı, ona görə də 90 dəqiqə saxlamaq istəməyib əvəzlədim. Fiziki cəhətdən yaxşı forma yığmağımız üçün zamana ehtiyac var. Azarkeşlərin boykotuna gəlincə, biz onlar üçün oynayırıq. Son nəticələrə görə bizdən incidiklərini bilirik. Bundan sonra əlimizdən gələni edib onları tribunalara qaytarmalıyıq".
