Adil Şükürov: Heyəti daha da gücləndirməyimiz lazımdır
"Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bakılıların heyətində sürətli futbolçular var. Biz ilk növbədə onların öhdəsindən gəlməli idik. Fikrimcə, bu, bizdə alındı. Deməzdim ki, bu qələbəni bəxt sayəsində qazandıq. Heyətimiz yenidir. Hər şeyin qaydasına düşməsi üçün zamana ehtiyac var. Klub prezidenti öz postundan şəxsi işləri ilə əlaqədar ayrıldı. Viktor İbekoyinin qayıtması isə bununla bağlı deyil. O, klubsuz idi və bizə müraciət etdi, biz də yenidən komandamıza qayıtmasına razı olduq. Hazırda yeni hücumçu axtarırıq. Heyəti gücləndirməyimiz lazımdır".
