14 avqust 2016 20:30
Budaq Nəsirov oynamadı, Sportinq qalib gəldi
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası - "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Sportinq" (Kovilyan) ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
İlk turda olduğu kimi, bu dəfə də Nəsirovun adı matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, 2 turdan sonra "Sportinq"in ikinci komandası 3 xalla 22 komanda arasında 10-cu pillədə qərarlaşıb.
