14 avqust 2016 19:30
Emin Nuri oynadı, komandası xal itirdi
İsveç çempionatında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Malmö" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1. Start heyətdə meydana çıxan Emin yenə 90 dəqiqə oynayıb. O, 59-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
"Kalmar" geridə qalan turlarda topladığı 22 xalla 16 klub arasında 10-cu pillədə qərarlaşıb.
