14 avqust 2016 17:00
Xavyer Junior: Sloveniyada hər kəs Mariborun qrupda oynayacağına inanır
"Bakı"nın sabiq yarımmüdafiəçisi, hazırda azərbaycanlı futbolçu Samir Məsimovla birgə Sloveniyanın "Domjale" klubunda çıxış edən Xavyer Junior bu ölkənin "Maribor" komandası ilə "Qəbələ" arasında baş tutacaq oyunlardan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər iki komanda üçün çətin matç olacaq. Fikrimcə, şanslar bərabərdir. "Maribor"un avrokuboklarda daha böyük təcrübəsi var. Bu baxımdan onların kiçik üstünlüyü var. Amma "Qəbələ" də bu mövsüm güclü komandalara qalib gəlib. Buna görə də "Maribor" "Qəbələ"ni keçə bilməsə, bunu normal qəbul edəcəyəm. Amma Sloveniyada "Maribor"un Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacağına inanırlar, hər kəs komandadan bunu gözləyir".
