14 avqust 2016 14:30
Darko Milaniç: Qəbələ haqda kifayət qədər məlumatımız var
Sloveniyanın "Maribor" klubunun baş məşqçisi Darko Milaniç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyunlardan danışıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Bakıda bizi isti hava və yüksək rütubət gözləyir. Bütün gücümüzü səfərbər etməyimiz lazım gələcək. Rəqib intizamlı və təşkilatlanmış oyun sərgiləyir. Xüsusilə də müdafiə xətti boşluq buraxmamağa çalışır. Onların oyunlarını izləmişik. "Qəbələ" barədə kifayət qədər məlumatımız var".
