14 avqust 2016 14:00
Martin Smedberq: Qarabağa qarşı daha yaxşı oynamalıyıq
İsveçin "Qöteborq" klubunun yarımmüdafiəçisi Martin Smedberq Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyun öncəsi ölkə çempionatında "Falkenberq" üzərində qazandıqları (2:0) qələbədən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Falkenberq"lə oyunda çoxlu qol şansımız oldu. Xüsusilə də birinci hissədə. Amma biz onların hamısından yararlana bilmədi. Qarşıda bizi "Qarabağ"la vacib oyun gözləyir. Bu oyunda əvvəlkilərlə müqayisədə daha yaxşı çıxış etməyə çalışmalıyıq".
