14 avqust 2016 12:30
Teo Uiks: Dalğa Arena tam dolsa, əla atmosfer olacaq
"Qəbələ"nin yarımmüdafiəçisi Teo Uiks Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Sloveniya "Maribor"una qarşı keçirəcəkləri oyunlardan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Maribor"la oyunu səbrsizliklə gözləyirəm. "Dalğa Arena" böyük deyil. Fikrimcə, bu arena tam dolsa, əla atmosfer olacaq. Arena şəhərdən bir qədər kənarda olsa, azarkeşlərin bizə yaxşı dəstək verəcəyinə inanıram. Biz isə onları sevindirmək üçün əlimizdən gələni edəcəyik".
