14 avqust 2016 00:30

Məhəmməd Mirzəbəyov: İndi 6 xalımız olmalı idi

"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov Premyer Liqanın 2-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

- Qolsuz heç-heçə barədə nə deyə bilərsiniz?
- Fikrimcə, taktiki cəhətdən rəqibdən daha üstün idik. Bunun da sayəsində onlara qol vəziyyəti yaratmağa imkan vermədik. Bizə gəlincə, qol vəziyyətlərimiz oldu. Sadəcə, onlardan yararlana bilmədik.

- Bu, nə ilə bağlıdır?
- Deyə bilmərəm.

- Ola bilər ki, əsas heyətin bir neçə üzvünün meydanda olmamasının təsiri idi?
- Belə deməzdim. Pis oynamadıq, şanslarımız da var idi. Penalti barədə heç nə danışmaq istəmirəm. Çünki futbolda belə hallar olur.

- İki turdan sonra 4 xalınız var...
- 6 xalımız olmalı idi.

- "Qəbələ" Avropa Liqasında və çempionatda fərqli heyətlərlə oynayır. Bunun çoxmu təsiri olur?
- Elə də yox. Sadəcə, Premyer Liqa oyunlarında yerli futbolçuların sayı çox olur. Yaxşı oynamağa və bizə göstərilən etimadı doğrultmağa çalışırıq.

- Qarşıda Sloveniya "Maribor"u ilə avrokubok matçı var...
- Çətin oyun olacaq. Avroliqa tamamilə fərqli səviyyədir. Daha çox çalışmalıyıq.

- Bu dəfə rəqibinizi "Bakcell Arena"da yox, "Dalğa Arena"da qəbul edəcəksiniz. Bunun komandanıza təsiri olacaq?
- Meydança yaxşı olsa, heç bir problem olmayacaq. Biz "Bakcell Arena"ya öyrəşmişdik. "Dalğa Arena"ya da alışa bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.