14 avqust 2016 00:10
Samir Məsimovsuz Domjale liderliyə yüksəldi
Futbol üzrə Sloveniya çempionatında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Koper"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Samir ilk 4 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" 5 turdan sonra 11 xalla 10 klub arasında 1-ci pillədə qərarlaşıb.
