14 avqust 2016 00:05
Qəbələnin rəqibi məğlub oldu
Futbol üzrə Sloveniya çempionatında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində "Qəbələ"nin rəqibi olan "Maribor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Qoritsa" ilə qarşılaşıb. Oyun "Qəbələ"nin rəqibinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, əvvəlki turlarda 2 qələbə qazanıb, 2 heç-heçəyə razılaşan "Maribor" yeni mövsümdə ilk dəfə məğlub olub.
"Qəbələ" ilə "Maribor" arasındakı ilk oyun avqustun 18-də Bakıda keçiriləcək.
