13 avqust 2016 16:00
Millimiz Danimarkaya da qalib gəldi
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Yezolo şəhərində təşkil olunmuş FIFA Dünya Kuboku-2017 turnirinin seçmə mərhələsində ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, Danimarka yığması ilə qarşılaşan millimiz 3:2 hesabı ilə qələbə qazanıb.
Komandamızın qollarını Sabir Allahquliyev, Renat Sultanov və Hikmət Bağırov vurub.
Millimiz növbəti oyununu avqustun 14-də Macarıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
