13 avqust 2016 14:45
Emil Salomonsson: Bizi Qarabağla vacib oyun gözləyir
İsveçin "Qöteborq" klubunun müdafiəçisi Emil Salomonsson Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunlardan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi qarşıda "Qarabağ"la vacib oyun gözləyir. Həmin oyunu səbrsizliklə gözləyirəm. Avrokubokların bu mərhələsində tez-tez oynamırıq. Ümid edirəm ki, azarkeşlərimiz stadiona gəlib, bizə dəstək verəcəklər. Fikrimcə, əsasən taktiki mübarizə gedəcək. Rəqib də bilir ki, bizi çətin 180 dəqiqə gözləyir". (Fotbollskanalen)
