13 avqust 2016 14:30
Tural Axundov: AZAL üzərində qələbə bizim üçün çox vacibdir
"Kəpəz"in kapitanı Tural Axundov Premyer Liqanın 2-ci turunda AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk turda "Qəbələ"yə qalib gəlməli idik. Biz oynadıq, rəqib qələbə qazandı. Artıq həmin oyun geridə qalıb. Həmin oyundan dərs çıxarmalıyıq. Qarşıda AZAL-la oyun var. Mütləq 3 xal qazanmalıyıq. Başqa çıxış yolumuz yoxdur. AZAL üzərində qələbə bizim üçün çox vacibdir".
