13 avqust 2016 14:00
Vəli Qasımov: İtkilərimiz çox olsa da, Neftçi yaxşı vəziyyətdədir
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Premyer Liqanın 2-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz hələ indiyə qədər "Zirə"yə qalib gələ bilməmişik. Yaxşı komandaya qarşı oynayacağıq. Ən əsası isə rəqib sabit komandadır. "Zirə"nin ilk turda "Sumqayıt"a məğlub olması göstərici sayılmamalıdır. Sərgilədikləri oyuna görə buna layiq deyillər. Bizə ağır olacaq. Amma "Neftçi" yaxşı vəziyyətdədir. Düzdür, heyətdə ciddi itkilər var. Dario Melnyakın da bu oyunda iştirakı sual altındadır. Buna baxmayaraq, qələbəyə oynayacağıq".
