13 avqust 2016 13:00

Səlahət Ağayev: Belə havada qolsuz heç-heçə normaldır

"İnter"in qapıçısı Səlahət Ağayev Premyer Liqanın 2-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Oyun barədə nə deyə bilərsiniz?
- Hava çox isti idi. Belə havada qolsuz heç-heçə tamamilə normaldır. Fikrimcə, nəticə meydanda baş verənləri özündə əks etdirdi.

- Hakimin penalti qərarı doğru idi?
- Qarşımda bir neçə oyunçu durmuşdu, dəqiq görmürdüm. Yan xətt hakimi də mənə dedi ki, qayda pozuntusu var idi.

- Keçmiş komanda yoldaşınız Nika Kvekveskirinin penalti zərbəsini haraya vuracağını bildiyiniz üçün onu dəf edə bildiniz?
- Bunu demək çətindir. Penalti 99 faiz qol deməkdir, qapıçının onu qaytarmaq şansı 1 faiz olur. Onun zərbəni haraya vuracağını bilmirdim. Sadəcə, uzandım, qaytardım.

- Öncə "Qarabağ" üzərində qələbə, indi "Qəbələ" ilə heç-heçə. Start uğurlu sayıla bilər?
- Bəli. Ötən mövsümlə müqayisədə işlərimiz indi yaxşı gedir.

- Kamran Ağayev indi formada deyil. Bunu nəzərə alsaq, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı oyunda sizin start heyətdə yer alacağınızı söyləmək olar?
- Buna baş məşqçi qərar verəcək.

- Bəs siz onun yerində olsaydınız, hansı qərarı verərdiniz?
- Bir penalti qaytarmaqla millinin start heyətinə düşmürlər. Hər şey o qədər sadə deyil. Amma milliyə dəvət almaq üçün əlimdən gələni edirəm.

- Artıq ikinci turun oyunları keçirilir, Robert Prosineçki hələ də yoxdur. San Marino ilə oyuna dəvət alacaq futbolçuların siyahısı nə dərəcədə ədalətli ola bilər?
- Bunu mən deyə bilmərəm. Baş məşqçinin köməkçiləri var. Özü gəlməsə də, köməkçiləri stadionlara gəlib, oyunları izləyirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.