13 avqust 2016 00:30
Ziya Əzizov oynadı, klubu qələbə qazandı
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası - "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "De Qrafşap"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Ziya matça start heyətdə başlayıb. Amma baş məşqçi fasilədə onu əvəzləyib.
Qeyd edək ki, "Den Boş" 2 turdan sonra 3 xalla 20 komanda arasında 10-cudur.
