13 avqust 2016 00:20
Dmitri Nazarovun komandası ilk qələbəsini qazandı
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Ersgebirge" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Sandhauzen"lə qarşılaşıb. Matç futbolçumuzun klubunun qələbəsi ilə başa çatıb - 2:0.
Nazarov bu görüşün 68-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Ersgebirge" 2 turdan sonra 3 xalla 6-cı pillədə qərarlaşıb.
