13 avqust 2016 00:15
Qarabağın rəqibindən qələbə
İsveç çempionatında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Qöteburq" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda çempionatın aşkar autsayderi "Falkenberq"lə qarşılaşıb. Oyun ağdamlıların rəqibinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Qöteborq"un qollarını 60-cı dəqiqədə Martin Smedberq və 83-cü dəqiqədə Emil Salomonsson vurub.
Qeyd edək ki, "Qarabağ"ın rəqibi 32 xalla 16 klub arasında 3-cü pillədə qərarlaşıb.
